- Toplum
- 2 Aprel 2019 14:46
- 1 542
Rusiyanın bu şəhərindən Bakıya yeni reys açılır

Rusiyanın Çelyabinsk şəhərindən Bakıya yeni aviareys açılacaq.
Reyslər bir ay müddətində aprelin 9-dan mayın 7-dək ucuz qiymətlərlə həyata keçiriləcək
Belə ki, Çelyabinsk-Bakı reysi 10 min rubl (260 manat) əvəzinə, 7 800 rubla (202) manata satılacaq. Əks istiqamətdə biletləri 10 500 rubla (273 manat) əldə etmək mümkün olacaq.
Bakı-Çelyabinsk-Bakı reysi sentyabr ayınadək davam edəcək.(trend.az)
AzNews.az