İki ölkə arasında biznes forumu keçiriləcək. İki ölkə arasında biznes forumu keçiriləcək.
  • Toplum
  • 3 Aprel 2019 13:57
  •  1 361

Azərbaycanla Rusiya arasında üç saziş imzalanacaq

İki ölkə arasında biznes forumu keçiriləcək.

Aprelin 4-də Rusiya Federasiyası sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında biznes forumu keçiriləcək.

Biznes forum çərçivəsində üç sənədin imzalanması gözlənilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair anlaşma memorandumu, həmçinin “AzOkso” ilə Avtomobil Yolları Dövlət Agentliyi arasında saziş imzalanacaq.

Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollara yaxın, Azərbaycan isə qonşu ölkənin iqtisadiyyatına 1 milyard dollardan artıq sərmayə yatırıb.

Hazırda Azərbaycanda 450-dən artıq Rusiya ilə müştərək müəssisə və 300-ə yaxın 100 faiz Rusiya kapitalı olan müəssisə fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi son bir ildə 4 faiz artaraq 2019-cu ilin yanvar-fevral aylarının yekunlarına görə 340,5 milyon dollar təşkil edib. Azərbaycanın xarici ticarət ortaqları arasında üçüncü yerə sahib olan Rusiya Federasiyası idxal həcminə görə ikinci, ixracata görə də onuncudur.(report.az)

AzNews.az