Soğan və kələmin ixracına 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb. Soğan və kələmin ixracına 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb.
  • Toplum
  • 8 Aprel 2019 12:44
  •  1 729

Sahibkarlara məhsul satışında dəstək göstəriləcək

Soğan və kələmin ixracına 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb.

Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.

İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanıb.

Habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib.

Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək.(modern.az)

AzNews.az