Şəhidlərimizdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi Şəhidlərimizdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi
  • Toplum
  • 10 Aprel 2019 10:10
  •  1 427

Şəhid vərəsələrinin verilməsi haqda yeni qərar

Şəhidlərimizdən daha 700 nəfərin 1160 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Bu günədək artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq şəhidlərimizin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir.

AzNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 700 şəhidin 1160 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsaitlər bir həftə ərzində vərəsələrin bank hesablarına köçürüləcək.

Dövlət başçısının 19 aprel 2018-ci il və 28 yanvar 2019-cu il tarixli Fərmanlarına əsasən, ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 6191 şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Səidə Vahid

AzNews.az