Bu ilin birinci rübü ərzində 29 972 yeni abonent qeydiyyata alınıb. Bu ilin birinci rübü ərzində 29 972 yeni abonent qeydiyyata alınıb.
  • Toplum
  • 10 Aprel 2019 14:05
  •  1 950

“Azəriqaz” abonentlərinin sayını açıqladı

Bu ilin birinci rübü ərzində 29 972 yeni abonent qeydiyyata alınıb.

Bu ilin birinci rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 29 972 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz”dan verilən məlumata görə, bunun da 13 595-i Bakı, Abşeron və Sumqayıt, 16 377-i isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 213 647-ə çatıb.(report.az)

AzNews.az