Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub
  • Toplum
  • 15 Aprel 2019 14:23
  •  2 372

Azərbaycan çaylarının sululuq səviyyəsi açıqlandı

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 50-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan az olmaqla 40-100 faizini təşkil edir.

AzNews.az xəbər verir ki, tranzit çaylarda faktiki vəziyyət Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 313 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 42 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 527 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 142 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 168 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub .

Kür çayının aşağı axınında hazırki vəziyyət isə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 366 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 15-də isə 344 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 129 sm qeydə alınıb. 2018-ci il aprelin 15-də isə bu rəqəm 185 sm təşkil edib. Salyanda suyun səviyyəsi 8 sm azalıb və 154 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 108 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 165 sm olub və bu göstərici 2018-ci il aprelin 15-də 186 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 sm artaraq 94 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 15-də isə 60 sm təşkil edib.

Səidə Vahid

AzNews.az