"Ramazan ayında bütün tələblərə riayət olunmalıdır" "Ramazan ayında bütün tələblərə riayət olunmalıdır"
  • Toplum
  • 16 Aprel 2019 11:47
  •  1 374

“Ramazan ayında monitorinqlər keçiriləcək”

"Ramazan ayında bütün tələblərə riayət olunmalıdır"

"Hər il olduğu kimi, bu il də Ramazan ayında monitorinqlər həyata keçiriləcək".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi Ramazan ayı üçün Tədbirlər Planına uyğun fəaliyyət göstərəcək: "Qafqaz Müsəlmanları İdarəsi ilə də qarşılıqlı şəkildə əməkdaşlıq edilir. Ramazan ayı ilə əlaqədar tövsiyələrimiz ondan ibarətdir ki, ənənəvi dini qaydalara əməl edilsin. Həmçinin məscidlərdə Ramazan ayı ilə bağlı tədbirlər Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi vaxt çərçivəsində həyata keçirilməlidir".

Komitə sədri bildirib ki, Ramazan ayında bütün tələblərə riayət olunmalıdır: "Bizim komitənin əsas vəzifəsi verilən fətva və qayda-qanunlara əməl edilməsi istiqamətində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdir. Təbii ki, Ramazan ayı ərzində də monitorinqlər davam etdiriləcək. Ümumi olaraq qeyd edim ki, onsuz da hər həftənin cümə günü məscidlərdə komitə tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Nəticə ilə əlaqədar müvafiq tədbirlər görür və lazımi addımlar atırıq".

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı mayın 6-da başlayacaq.(report.az)

AzNews.az