Ziyarətçilər 2 gün ödənişsiz parklara gedə bilərlər Ziyarətçilər 2 gün ödənişsiz parklara gedə bilərlər
  • Toplum
  • 19 Aprel 2019 12:41
  •  1 315

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Ziyarətçilər 2 gün ödənişsiz parklara gedə bilərlər

“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

AzNews.az xəbər verir ki, ziyarətçilər Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Səidə Vahid

AzNews.az

image description image description image description