Heydər Əliyev Fondunun nümayəndəsi Hüseynə baş çəkdi Heydər Əliyev Fondunun nümayəndəsi Hüseynə baş çəkdi
  • Toplum
  • 22 Aprel 2019 12:10
  •  1 425

Xəstəxana üzünü it dişləyən uşağın səhhətindən danışdı - "İkinci əməliyyata..."

Heydər Əliyev Fondunun nümayəndəsi Hüseynə baş çəkdi

1 saylı Kliniki Tibbi Mərkəz Binəqədidə it dişləyən 4 yaşlı Hüseynin səhhətinə aydınlıq gətirib.

Mərkəzin baş həkim müavini Adil Salahov AzNews.az-a açıqlamasında bildirib ki, Hüseyn Məmişovun vəziyyəti yaxşıdır:

“Həkimlər əlindən gələni edib. Bir neçə günə tikişləri söküləcək. Heydər Əliyev Fondunun nümayəndəsi Hüseynə baş çəkdi”.

Adil Salahov Hüseynin ikinci əməliyyata ehtiyacı olmayacağını deyib: “Hüseyn balacadır, güman edirəm ki, onun üzündə bu hadisədən iz qalmayacaq. Böyüdükçə, izlər tamamilə itəcək”.

Qeyd edək ki, Bakıda it azyaşlının üzünü parçalayıb. Hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.

Bahar RÜSTƏMLİ

AzNews.az