Jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib. Jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.
  • Toplum
  • 27 Aprel 2019 16:31
  •  2 297

Sumqayıtda jurnalistlər ağac əkdi - FOTO

Jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən "Bu yaz özün bir təbiət yarat!" devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aksiyada 100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın təbiətinə daha bir töhfə verilib. Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib. Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. AzNews.az
image description image description image description image description