Beynəlxalq olimpiadadan növbəti uğur Beynəlxalq olimpiadadan növbəti uğur
  • Toplum
  • 29 Aprel 2019 12:31
  •  1 821

Məktəblilərimiz ölkəyə medalla qayıtdı

Beynəlxalq olimpiadadan növbəti uğur

21-27 aprel 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib.

AzNews.az xəbər verir ki, 28 ölkədən 152 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. 5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz uğurla çıxış ediblər.

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Əli Əliyev bürünc medala layiq görülüb.

Qeyd edək ki, 3 turdan ibarət olan olimpiadada şagirdlərə qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanı əhatə edən suallar təqdim edilib.

Səidə Vahid

AzNews.az