Anjelanın üzündə qorxu hissləri görünür Anjelanın üzündə qorxu hissləri görünür
  • Toplum
  • 30 Aprel 2019 11:32
  •  1 208

2 yaşlı Anjela 9-cu dəfə əməliyyat olunur - FOTO

Anjelanın üzündə qorxu hissləri görünür

Yanaraq ağır bədən xəsarətləri alan və fevralın 21-də Türkiyənin İstanbul şəhərinə aparılan iki yaşlı Anjelanın üzündə bu saatlarda 9-cu əməliyyat aparılır.

AzNews.az xəbər verir ki, bu barədə Uşaqların Xöşbəxt Gələcəyi adlı ictimai Birliyinin direktoru Nərgiz Kərimova məlumat verib. O, Anjelanın üzündə qorxu hissləri olduğunu qeyd edib:

“Anjela əməliyyata gedir. Yenə də dayəsi Şəkər xanımın qucağında. Şəkər xanım onu əməliyyata yola salır. Yenə də bu qorxaq baxışlar. Yolu açıq olsun, dua edin qızımıza”.

Qeyd edək ki, hadisə fevral ayının ikinci ongünlüyündə Azərbaycanın rayonlarının birində baş verib. 2 yaşlı Anjela ehtiyyatsızlığın qurbanı olub. O, evlərində baş vermiş yanğında başından, əlindən və ayağından ağır yanıq xəsarətləri alıb.

Bahar RÜSTƏMLİ

AzNews.az