12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülüb 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülüb
  • Toplum
  • 15 May 2019 15:00
  •  2 034

“Sovetski”dən sakinlərin köçürülməsinin növbəti mərhələsi başa çatıb” - İcra başçısı

12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülüb

Azərbaycan Texniki Universitetinin (ATU) tələbə şəhərciyindəki qanunsuz tikililər sökülüb.

Bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.

Ə. Əzizov deyib ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində Texniki Universitetin tələbə şəhərciyinin ərazisində 12 ədəd qeyri-qanuni tikilmiş yöndəmsiz köşklər sökülüb. Eyni zamanda zəbt edilmiş böyük bir ərazidə metal çəpərlər ləğv edilərək ərazi təmizlənib.

Ə. Əzizov “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrasının Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla başa çatdırılmaq üzrə olduğunu da söyləyib.(ona.az)

AzNews.az