Müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir Müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir
  • Toplum
  • 21 May 2019 13:26
  •  1 288

Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başladı

Müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir

Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb.

Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul üzrə müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.(qafqazinfo.az)

AzNews.az