"Bir gün getməliydim" "Bir gün getməliydim"
  • Toplum
  • 12 İyun 2019 11:03
  •  2 012

Tanınmış jurnalist Səhiyyə Nazirliyindən istefa verdi

"Bir gün getməliydim"

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, jurnalist Səfayə Əhmədova vəzifəsindən ayrılıb.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Səfayə Əhmədova qeyd edib ki, öz ərizəsi əsasında işindən ayrılıb:

“Heç bir yer, heç bir vəzifə daimi deyil. Bir gün getməliydim, amma həmin qərarı dünən verdim”.

Qeyd edək ki, Səfayə Əhmədova 2006-cı ildən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı idi.

Bahar RÜSTƏMLİ

AzNews.az