Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
  • Toplum
  • 12 İyun 2019 22:35
  •  1 401

Bakıda bina yandı - 83 nəfər təxliyə edildi

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin eyvanında bir ədəd qaz sayğacı, yeddinci mərtəbəsinin eyvanında plastikdən ibarət pəncərə çərçivəsi, bir ədəd su qızdırıcısı və bir ədəd kondisioner, səkkizinci mərtəbəsinin eyvanında 4 kvadratmetr sahədə məişət tullantıları və hər üç mərtəbənin eyvanından keçən kommunikasiya xətləri 9 paqonnımetr yanıb.

Yanğın zamanı 83 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(AZƏRTAC)

AzNews.az