Üstünə maşın aşdı, həyatını itirdi

Sumqayıtda ağır yol qəzası baş verib

Hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib.

Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

AzNews.az