- Toplum
- 25 İyun 2019 12:28
- 1 359
Dünən Bakıda 16 nəfəri gün vurub
Onlardan 10 nəfəri hospitalizasiya edilib
Ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, onlardan 10 nəfəri hospitalizasiya edilib.
6 nəfərə isə yerində yardım göstərilib.
Onlardan 2 nəfəri uşaq, 1-i qız, 1-isə oğlan, 10-u kişi, 6-sı isə qadındır.(qafqazinfo.az)
AzNews.az