"Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük" "Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük"
  • Toplum
  • 25 İyun 2019 23:02
  •  2 488

"Oğlumun Azərbaycana göndəriləcəyi ilə bağlı ümidimizi üzmüşdük" - Fuad Abbasovun atası

"Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük"

Bunu Rusiyadan Azərbaycana deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov "Report"a açıqlamasında deyib.

"Biz ümidimizi kəsmişdik. Düşünürdük ki, orada (Rusiyada – red.) onun əleyhinə işləyənlər var. Bu gün eşitdik ki, Fuadı Azərbaycana yola salıblar. Çox şadam, millətimdən razıyam.

Fuadın heç bir günahı olmayıb, o cinayət edəcək insan da deyil. İstərdim ki, Fuad Azərbaycanda qalsın, bir mövqe tutsun, yaşasın yaratsın", - deyə o bildirib.