Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib
  • Toplum
  • 2 İyul 2019 19:35
  •  2 954

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8,8% artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə qonşu ölkəyə səfər edən turistlərin sayı 193 368 nəfər və ya 10% artıb.

İlin ilk altı ayı ərzində Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,4% çoxdur.

Yalnız iyun ayında isə qonşu ölkə 873 966 əcnəbi ziyarətçi (+20,2%) qəbul edib.

Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı illik müqayisədə 8,8% artıb. (Report)