Astarada yol-nəqliyyat hadisəsi baş verib Astarada yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 2 İyul 2019 20:14
  •  2 134

Astarada avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var

Astarada yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Ələt-Astara magistralının Astara rayonunun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran sakini, 1985-ci il təvəllüdlü Vüsalə Arif qızı Bəylərova "Hyundai" markalı avtomobildə idarəetməni itirərək maşını yol kənarındakı beton dirəyə çırpıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)