Şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub Şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub
  • Toplum
  • 5 İyul 2019 09:55
  •  1 839

Nazir: “İndiyədək 10500-ə yaxın şəhidin...”

Şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub

“Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkədə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub, yəni 12268 şəhiddən 10500-ə yaxın şəhidin 15500-dək vərəsəsi ödəmə ilə təmin edilib.

S.Babayev bildirib ki, bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

O əlavə edib ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində ölkə üzrə əməkhaqqı fondu 18, o cümlədən dövlət sektorunda 15, qeyri-dövlət sektorunda 21 faiz yüksəlib: “Muzdla işləyən işçilərin sayı isə 7 faiz və ya 95,6 min, o cümlədən dövlət sektorunda 3,4 faiz və ya 29 247, qeyri-dövlət sektorunda isə 12 faiz və ya 66 360 nəfər artıb. 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata çatdırılıb, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır”.(report.az)

AzNews.az