Görüşdə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib Görüşdə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib
  • Toplum
  • 8 İyul 2019 15:45
  •  1 638

Çinli turizm şirkətlərinin Azərbaycan turoperatorları ilə görüşü oldu

Görüşdə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çin Xalq Respublikasından olan aparıcı turizm şirkətlərinin yerli turoperatorlarla tanışlıq görüşü baş tutub.

AzNews.az xəbər verir ki, görüşün əsas məqsədi iki ölkənin turizm nümayəndələrini bir araya gətirərək qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və gələcək əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsinə şərait yaratmaqdır.

B2B formatlı tanışlıq görüşündə Azərbaycanın 40-dan çox turoperatoru iştirak edib.

Çinli turoperatorlarla tərəfdaşlıq məqsədilə ikitərəfli əlaqələr, əməkdaşlıq imkanları müzakirə olunub, onlara Azərbaycan və onun turizm imkanları barədə geniş məlumat verilib.

Səidə Vahid

AzNews.az

image description