Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 8 İyul 2019 22:36
  •  1 560

Neftçalada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən - anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.