• Toplum
  • 16 İyul 2019 11:03
  •  561

Ölən müəllimə ilə bağlı nazirlikdən tapşırıq

Xatirə Ağamalıyevanın ailəsinə yardım ediləcək

Xəbər verdiyimiz kimi iyul ayının 14-də Azərbaycanın tarixi memarlıq abidəsi olan Şəki xan sarayının həyətindəki çinar ağacının budağının qırılması nəticəsində 19 nəfər müxtəlif xəsarətlər alıb. Hadisədə ağır yaralananlardan biri də müəllimə Xatirə Ağamalıyeva olub. Təəssüflər olsun ki, dünən o, dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu olayla bağlı Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Gəncə şəhəri 26 nömrəli məktəb lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın Şəkidə baş verən bədbəxt hadisə nəticəsində vəfat etməsindən kədərləndiyini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Səidə Vahid

AzNews.az