Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib
  • Toplum
  • 16 İyul 2019 18:37
  •  2 602

Şəkidə "ZİL" qəza törətdi - yük yerindəki torpaq 2 azyaşlının üstünə dağıldı

Şəkidə 2 azyaşlının xəsarəti ilə nəticələnən yol qəzası baş verib

Hadisə rayonun Yuxarı Karvansaray adlanan ərazisində baş verib. Şəhər ərazisində torpaqla dolu "ZİL" markalı yük avtomobili idarəetməni itirərək divara çırpılıb. Nəticədə yük maşınındakı torpaq ərazidə olan azyaşlılar - 2009-cu il təvəllüdlü İsmayıl Babayev və 2007-ci il təvəllüdlü Mirağa Mehdiyevin üzərinə tökülüb.

Hər iki azyaşlı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Trend)