Qeydiyyat şöbələri tərəfindən 7082 boşanma halı qeydə alınıb Qeydiyyat şöbələri tərəfindən 7082 boşanma halı qeydə alınıb
  • Toplum
  • 17 İyul 2019 09:33
  •  2 069

Bu il neçə cütlük boşanıb?

Qeydiyyat şöbələri tərəfindən 7082 boşanma halı qeydə alınıb

Bu ilin 5 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 23684 nikah və 7082 boşanma halları qeydə alınıb.

Eyni zamanda əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

AzNews.az