Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya etdi

Milli Məclisin bu gün keçirilən iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyı çıxarılıb.

Aznews.az xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na xüsusi bəyanatla qoşulur. Bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının Ermənistanla münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.