- Dünyanın halı
- 13:10
- 1 810
Los-Ancelesdə tanınmış astrofizik güllələnərək öldürüldü
ABŞ-ın Los-Anceles dairəsi ərazisində 40 ildən artıq Kaliforniya Texnologiya İnstitutu (Caltech)-də çalışmış astrofizik Karl Grillmair güllələnərək öldürülüb.
Bu barədə “Los Angeles Times” qəzeti məlumat yayıb.
Məlumata görə, şerif müavinləri Llano yaşayış məntəqəsində ölümcül silah tətbiqi ilə bağlı çağırış əsasında hadisə yerinə gəliblər və eyvanda güllə yarası almış kişi aşkar ediblər. Təcili tibbi yardım əməkdaşları onun hadisə yerində öldüyünü təsdiqləyiblər.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ölümə səbəb bədənin gövdə nahiyəsinə açılan atəş olub.
29 yaşlı şübhəli Freddy Snyder saxlanılıb və ona qarşı qətl, avtomobil qaçırma və oğurluq ittihamları irəli sürülüb. Onun motivləri və alimlə mümkün əlaqəsi araşdırılır.
Mövsüm,
AzNews.az