- Türkiyə
- 14:08
- 918
Suriya Türkiyə ilə iki sərhəd-keçid məntəqəsini bağlayır
Suriya hökuməti maliyyə səbəbləri ilə bağlı Türkiyə ilə sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsinin fevral ayının sonunadək bağlanacağını açıqlayıb.
Bununla bağlı Suriya səfirliyi (Şam) tərəfindən Türkiyənin Ticarət Nazirliyinə rəsmi məktub göndərildiyi bildirilib.
Məktubda qeyd olunub ki, bağlanacaq məntəqələr Hammam keçid məntəqəsi (Hatayın Kumlu rayonundakı Zeytindalı Gömrük Qapısının qarşısı) və Ras əl-Ayn keçid məntəqəsi (Şanlıurfanın Ceylanpınar rayonundakı Ceylanpınar Gömrük Qapısının qarşısı) olacaq.
Sənəddə bildirilib ki, qərar əsasən maliyyə səbəbləri, istismar xərcləri və alternativ keçid məntəqələrinin yaxınlığı nəzərə alınaraq qəbul edilib və fevral ayının sonundan qüvvəyə minəcək.
Hatay sərhədində fəaliyyət göstərən Reyhanlı Ticarət və Sənaye Palatasının sədri Necmettin Zaroğlu qərarın bölgə ticarətinə mənfi təsir göstərəcəyini bildirib və onun yenidən nəzərdən keçirilməsinə çağırış edib.
Mövsüm,
AzNews.az