“VAZ 2107” markalı avtomobil yol hərəkəti qaydasını pozub “VAZ 2107” markalı avtomobil yol hərəkəti qaydasını pozub
  • Toplum
  • 19 İyul 2019 00:26
  •  2 375

Sahil qəsəbəsindəki qəzada ölən şəxsin kimliyi bəlli oldu

“VAZ 2107” markalı avtomobil yol hərəkəti qaydasını pozub

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb və bir nəfər yaralanıb.

Hadisə Sahil qəsəbəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu idarə etdiyi 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil ilə yol hərəkəti qaydasını pozaraq sağ zolaqda hərəkət edən “KaMAZ” markalı nəqliyyat vasitəsinin arxasına çırpılıb.

Nəticədə sürücü Q.Ağamalıyev ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. “VAZ 2107”-də olan sərnişin Cəfərov Lətif Razı oğlu isə avtomobildə sıxılaraq ölüb.

Onun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. (APA)