Sumqayıtda mənzildən qadın meyiti tapılıb Sumqayıtda mənzildən qadın meyiti tapılıb
  • Toplum
  • 21 İyul 2019 16:03
  •  2 748

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyindən AZnews.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1951-ci il təvəllüdlü Kazımova Zöhrə Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.