"Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir" "Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir"
  • Toplum
  • 29 İyul 2019 11:30
  •  1 866

Dünya Bankından Azərbaycanla bağlı önəmli qərar

"Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir"

“Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, - deyə qeyd edib.

Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.(report.az)

AzNews.az