Bu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur Bu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur
  • Toplum
  • 30 İyul 2019 17:05
  •  1 784

Azərbaycan vəkilliyinin 100 illiyində sosial aksiya keçirildi - FOTOLAR

Bu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur

Məlum olduğu kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi əlamətdardır.

Xalqımızın tarixi keçmişi ilə səsləşən bu ənənəyə sadiqliyin və duyarlı yanaşmanın nəticəsi kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının üzvləri tərəfindən sevinc hissi ilə qarşılanıb.

Bu əlamətdar günün qeyd olunması ilə əlaqədar Vəkillər Kollegiyasının qurumları tərəfindən gün ərzində paytaxt və bir sıra digər bölgələrdə olan müxtəlif sosial xidmət müəssisələri, internat və uşaq evlərini ziyarət edilib, müəssisələrdə yaşayan şəxslərə ödənişsiz hüquqi yardım göstərilib, onların müraciətləri araşdırılıb və müəssisə sakinlərinə hədiyyə sovqatları paylanılıb.

Bundan başqa, bu gün münasibətilə vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstərilməkdədir. Bununla bağlı, hüquqi yardıma ehtiyacı olan şəxslər ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalanıblar.

Qeyd olunmalıdır ki, gün ərzində Respublikanın 18 sosial müəssisəsi 40-dək vəkil bürosunun vəkilləri tərəfindən ziyarət edilib.(barassociation.az)

AzNews.az

image description image description image description image description image description image description image description image description