- Toplum
 - 30 İyul 2019 23:14
 - 2 928
 
Göygöldə yol qəzasında iki nəfər ağır xəsarət alıb
            Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Hadisə Bakı-Qazax magistral yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “QAZel” markalı yük maşını “NİVA” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “NİVA” aşıb. 
    
    
    
    
    
    
    
    
    
    
            
            
            
                
                
                
                
            
    
    
                    
                Qəza zamanı “NİVA”nın sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Mövlayev Ramazan və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)