Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub
  • Toplum
  • 20 Avqust 2019 18:53
  •  2 190

Hirkan Milli Parkında yanğının söndürülməsinə iki helikopter cəlb edilib - VİDEO

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri də cəlb olunub

Aznews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 1,5 ha sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.