Tikinti materialları bazarındakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb

FHN-dən Aznews.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

***

Azərbaycan Dəmir Yolları” QSC-sən Aznews.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə İdarəsinin 2 çən vaqonu gətirilib. Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su çənindən də istifadə olunur.