Bakıda qıza sevgisini qeyri-adi üsulla bildirmək istəyən gənc başına iş açıb Bakıda qıza sevgisini qeyri-adi üsulla bildirmək istəyən gənc başına iş açıb
  • Toplum
  • 25 Avqust 2019 20:07
  •  3 548

Bakıda sevdiyi qıza sürpriz edən gənci döydülər - Video

Bakıda qıza sevgisini qeyri-adi üsulla bildirmək istəyən gənc başına iş açıb

Aznews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, o, gecə saatlarında qızın yaşadığı binanın həyətinə gələrək bir neçə fişənglə atəşfəşanlıq etmək istəyib.

Fişənglərin səsi güclü olduğundan bina sakinləri həmin şəxsi döyüblər. Hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.

Hadisə gecə vaxtı paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon Adil Məmmədov küçəsi 11 ünvanında baş verib.Sakinlərin sözlərinə görə, binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb.

Fişəng güclü səs çıxardığından uşaqlar və yaşlı insanlar qorxublar. Hətta ürəyi gedən də olub. Bu səbəbdən də hadisə yerinə xeyli sayda təcili yardım avtomobilləri gəlib.

Sakinlər həmin şəxsi döyərkən 7-ci polis bölməsinin əməkdaşları əraziyə gələrək onları ayırıblar. Polis həmin gənci saxlayaraq bölməyə aparıb. Faktla bağlı araşdırma davam edir.