Bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub Bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub
  • Toplum
  • 8 Sentyabr 2019 02:29
  •  2 221

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb

Bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub

Bərdə rayon sakini elektrik cərəyanının vurulması nəticəsində dünyasını dəyişib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilir ki, daxil olmuş məlumatda cərəyan vurması nəticəsində ölən 1956-cı il təvəllüdlü Babayev İsa Raməli oğlunun meyitinin damdan götürülməsi üçün müraciət edilib. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri İ.Babayevin meyitini damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzNews.az