Ümid edirik ki, sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq Ümid edirik ki, sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq
  • Toplum
  • 12 Sentyabr 2019 17:21
  •  2 524

Sumqayıtdan Bakıya gələn avtobuslar bu ərazilərdə dayana bilməyəcək - DYP-nin müraciəti

Ümid edirik ki, sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq

Yeni dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtdan Bakı şəhərinə və əks istiqamətdə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərin nəzərinə çatdırır ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü m\r dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.

DİN Baş DYP İdarəsindən verilən məlumata görə, belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar".

AzNews.az