Ümumilikdə 46 mindən çox müraciət daxil olub Ümumilikdə 46 mindən çox müraciət daxil olub
  • Toplum
  • 16 Sentyabr 2019 09:30
  •  1 093

Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

Ümumilikdə 46 mindən çox müraciət daxil olub

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılan Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu bu gündən dayandırılıb.

Sorğuların qəbulu oktyabrın 15-dən davam etdiriləcək.

Bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 46 mindən çox müraciət daxil olub.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilirdi.

AzNews.az