Toy günündə ailənin gələcək həyatının xoşbəxt olmayacağı açıq-aydın görünüb Toy günündə ailənin gələcək həyatının xoşbəxt olmayacağı açıq-aydın görünüb
  • Toplum
  • 17 Sentyabr 2019 11:29
  •  5 869

Azərbaycanda şok: Bəy toy gecəsi gəlini atıb, sevgilisinin yanına getdi - VİDEO

Toy günündə ailənin gələcək həyatının xoşbəxt olmayacağı açıq-aydın görünüb

Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişi yeni mövsümünə start verib.

AzNews.az xəbər verir ki, verilişin ilk buraxılışında efirə gələn qadın baldızının oğlunun axtarışına çıxıb. Bildirib ki, 1983-cü ildə onun baldızı Elşad adlı bəylə ailə həyatı qurub. Lakin toy günündən ailənin gələcək həyatının xoşbəxt olmayacağı açıq-aydın görünüb. Belə ki, toy gecəsi bəy gəlini restoranda qoyaraq sevgilisinin yanına gedib:

"Baldızımın ərinin erməni sevgilisi var idi. Lakin biz bunu çox gec bildik. Sonralar ümumiyyətlə onun həyat yoldaşı evə gəlməməyə, ailəsinə baxmamağa başladı. Baldızım da uşağı evdə qoyub atamgilə gəldi ki, bəlkə əri evə qayıdar. 1989-cu ildə isə Elşad erməni sevgilisi ilə birlikdə oğulları Elcanı da götürüb Azərbaycanı tərk etdi".

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı Rusiyanın Rostov şəhərinə gedərək sözügedən erməni qadınını tapıb. Qadın isə Elşadın onun çox sevdiyini və onun övladına illərdir öz oğlu kimi baxdığını bildirib.

Aynur

AzNews.az