- Toplum
- 24 Sentyabr 2019 13:56
- 1 459
Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq
Üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AzNews.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd edilib ki, həmin yollarda hərəkət məhdudlaşdırılacaq.
Məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
AzNews.az