- Toplum
- 13 Oktyabr 2019 12:43
- 1 984
Tanınmış aparıcı qəzaya düşdü
Faktla bağlı araşdırma aparılır
AzTV-nin tanınmış aparıcılarından olan Rəşad Mehdili ağır yol qəzasına düşüb.
Hadisə ötən gecə Sumqayıtda baş verib. Sürətlə hərəkət edən VAZ 2107 markalı avtomobil teleaparıcıya məxsus olan 99 TV 484 dövlət qeydiyyatlı "Nissan"a çırpılıb. Xoşbəxtlikdən teleaparıcı hadisə zamanı xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az