Azərbaycanda məmur əməliyyatdan sonra öldü

Faktla bağlı araşdırma başladılıb

Xocavənd rayon ictimaiyyətinin nümayəndəsi müəmmalı şəkildə vəfat edib.

Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov bir neçə gün əvvəl yaşadığı evdə təmir işlərinə yardım edərkən yıxılıb və bədən xəsarətləri alıb.

Onun ayağı iki yerdən sınıb və xəstəxana şəraitində müalicə olunub.

Rəşad Rüstəmov Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub və əməliyyatdan sağ çıxmayıb.

Faktla bağlı araşdırma başladılıb. (BAKU.WS)

AzNews.az