- Toplum
- 29 Oktyabr 2019 11:25
- 3 506
Xırdalan körpüsündə baş verən dəhşətli qəzanın FOTOLARI
Yük maşını tunellə Xırdalana gedən yolu ayıran baryerə girib
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.
Sumqayıt istiqamətində, Xırdalan dairəsi yaxınlığında "Shacman" dəhşətli qəza törədib.
Yük maşını tunellə Xırdalana gedən yolu ayıran baryerə girib. Nəticədə yük maşının kabinası kuzovundan ayrılıb. Qəzanın maşının yüksək sürətlə idarə edilməsi səbəbilə baş verdiyi bildirilir. (Yeniavaz.com)
Həmin hadisənin fotolarını təqdim edirik:


09:15
Bakı-Sumqayıt yolunda qəza baş verib.
Hadisə yolun "Ekologiya postu" adlanan hissəsində, tunelin yanında baş verib.
Sumqayıt istiqamətində hərəkət edən maşın baryerin içinə girərək iki hissəyə bölünüb.
Qəzanın maşının yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir. (Trend)