Açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin və Kollegiyanın digər orqanlarının üzvləri iştirak ediblər Açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin və Kollegiyanın digər orqanlarının üzvləri iştirak ediblər
  • Toplum
  • 13 Noyabr 2019 17:40
  •  2 162

Bakıda 20 saylı Vəkil Bürosunun açılışı oldu - FOTO

Açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin və Kollegiyanın digər orqanlarının üzvləri iştirak ediblər

Noyabrın 12-də Bakı şəhəri 20 saylı Vəkil Bürosunun təntənəli açılışı olub.

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq həyata keçirilməkdədir.

Açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin və Kollegiyanın digər orqanlarının üzvləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Anar Bağırov vəkil bürosunun keyfiyyətli təmiri ilə yanaşı, onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə həmin vəkil qurumunun kompüter və digər zəruri avadanlıqlarla ən yüksək səviyyədə təmin edilməsini və son nəticədə görülmüş işlərin vətəndaşların keyfiyyətli hüquqi xidmətləra çatımlılığına xidmət etdiyini vurğulayıb.

Vəkil bürosu konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, növbətçi vəkil masası, qonaq vəkil masası, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malikdirlər.

AzNews.az