Saytda Bakının görməli yerləri haqda ətraflı məlumat yerləşdirilib Saytda Bakının görməli yerləri haqda ətraflı məlumat yerləşdirilib
  • Toplum
  • 15 Noyabr 2019 17:43
  •  2 100

“euro2020.affa.az” saytı istifadəyə verildi

Saytda Bakının görməli yerləri haqda ətraflı məlumat yerləşdirilib

Futbol üzrə “Avro 2020”nin qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib.

https://euro2020.affa.az/ saytında azarkeşləri maraqlandıran məlumatlar xüsusi bölmələr üzrə yerləşdirilib. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən sayta daxil olanlar “Avro 2020” ilə əlaqədar Bakıda təşkil olunacaq tədbirlərlə bağlı məlumat əldə edə, həmçinin ən son xəbərləri oxuya bilərlər.

Saytda paytaxtımıza gələcək turistlər və şəhərimizin qonaqları üçün Bakının görməli yerləri, təqdim olunan xidmətlər, viza məsələləri, eləcə də nəqliyyat ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Futbol həvəskarlarının Bakıda keçiriləcək oyunlarla əlaqədar sualları daha çox bilet satışı ilə bağlıdır. Bu məqamı nəzərə alaraq, saytda xüsusi bölmə fəaliyyət göstərir. Azarkeşlər bölməyə keçid edərək biletlərin satışı, kateqoriyaları, qiymətlər və VIP biletlərlə bağlı suallara cavab tapa bilərlər.

AzNews.az