Bu cür tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub Bu cür tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub
  • Toplum
  • 9 Dekabr 2019 14:41
  •  1 566

Vəkillər Kollegiyasının üzvləri məcburi köçkünlərə hüquqi yardım göstərdi - FOTO

Bu cür tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub. Göstərilən tövsiyənin icrası ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən silsilə tədbirlər həyata keçirilməkdədir.

Ölkə əhalisinin ən kövrək, həssas təbəqələrindən biri olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli, onların sosial müdafiə məsələlərinin gücləndirilməsi daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Bu baxımdan da, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pulsuz hüquqi yardım və hüquqi maarifləndirmə ilə bağlı növbəti tədbirini 07 dekabr 2019-cu il tarixdə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı “Qobu -2” yaşayış məntəqəsində təşkil etdi. Tədbir çərçivəsində Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən təqribən 100-ə yaxın məcburi köçkün ailəsinə pulsuz hüquqi yardım göstərilmiib və vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı məsələləri, məcburi köçkünlərin imtiyazları,sahibkarlıq fəaliyyəti, məhkəmə-hüquq islahatları ilə bağlı hüquqi maarifləndirmə işi həyata keçirilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin qaçqın və məcburi köçkünlərin məskunlaşdığı digər regionlarda da təşkil olunub keçirilməsi nəzərdə tutulub.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description