- Toplum
- 9 Dekabr 2019 16:02
- 2 353
Milli İncəsənət Muzeyində konsert oldu - FOTO
Konsertdə məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bir sıra ifalar təqdim ediblər
Milli İncəsənət Muzeyində Xocavənd rayonunun Tuğ kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə “Həmrəy olaq” adlı konsert proqramı təqdim edilib.
Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.
Konsertdə məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bir sıra ifalar təqdim ediblər.
Konsert çərçivəsində Faiq Sücəddinov, Səid Rüstəmov, Tofiq Quliyev, Elza İbrahimova, Arif Məlikov, Emin Sabitoğlu və Hökümə Nəcəfovanın yaradıcılığına müraciət olunub.
Bir-birindən maraqlı ifaların təqdim olunduğu konsert maraqla qarşılanıb.
AzNews.az